Fizika hər yerdə
1960-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonu Çaykənd kəndində anadan olmuşam.1982-ci ildə Bala Əfəndiyev adına Çaykənd orta məktəbini bitirmişəm.1980-cı ildə Bakı Dövlət Universitetininin ( S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin) fizika fakultəsini bitirərək fiziki elektronika və fizika müəllimliy ixtisaslarını yiyələnmişəm.1980 ci ildən Salyan rayonu Aşagı Kürkənd tam orta məktəbində fizika fənnini tədris edirəm.Dərs dediyim müddətdə əldə etdiyim pedaqoji nəticələri ümumiləşdirərək qəzet və jurnallarda çıxış edirəm.Belə ki,Azərbaycan müəllimi ,Təhsil xəbərləri qəzetində ,Kurikulum ,fizika və riyaziyyat tədrisi jurnallarında məqalələrim çap olunmuşdur.Respublika ƏnYaxşı yazı müsabiqəsində fəal iştirakıma görə təşəkkürnamə,II dərəcəli Diplomla ,Salyan icra Hakimiyyətinin Fəxri fərmanı ilə v.ə digər tərifnamələrlə təltif edilmişəm."FİZİKA HƏR YERDƏ "vebsaytının yaradıcısı,."Fizika hamı üçün"f/b qrupunun adminiyəm,IIQrant müsabiqəsinin iştirakçısıyam
SAYT HAQQINDA RƏY VƏ TƏKLİFLƏRİNİZİ bizə yazın
almas_dadashova@mail.ru
Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək: Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti