Fizikanı bilmədən,öyrənmədən təbiətdə gedən proseslərin səbəblərini anlamadan , baş verən hadisərin qarşısını almaq olmaz M.S.Lomonosov
Eizikanın başlıca vəzifəsi dünyanın məntiqi fikrini, panaramasını hasil etmək üçün ən ümumi və elementar qanunları kəşf etməkdən ibarətdir. Albert Eynşteyn
FİZİKA HƏR YERDƏ
Əziz izləyicilər siz mənim "wix.comhttps://almasdadashova.wixsite.com/mysite-almas" web saytıma xoş gəlmisiniz.Bildiyimiz kimi fizika təbiət haqqında elmdir.Təbiətdə hər şey sabit qalmayıb dəyişdiyindən təbiidir ki, fizikanın əsaslarından bəhs edən orta məktəb dərslikləri də təhsilin inkişafı ilə baglı olaraq keyfiyyətcə dəyişməlidir.Fizikanın öyrədilməsi üçün təkcə orta məktəb dərslikləri kifayət etmir.Nə də bütün informasiyaları təkcə bir kitaba sıgışdırmaq qeyri -mümkündür.Ona görə də fizikaya aid biliklərin öyrənilməsi və mənimsənilməsi üçün əlavə vasitələrdən istifadə etmək tədris prosesində tətbiq etmək zərurəti meydana çıxır.Belə vasitələrdən biri də əyləncəli oyunlar,viktorinalar,krossvordlar,maraqlı tapmacalar və s.dir.Mən bu ehtiyacları nəzərə alaraq "FİZİKA HƏR YERDƏ"veb saytımı yaratdım.Yenə də xoş gəlmisiniz.İnanıram ki,saytın materiallarından faydalanıb öz dərslərinizdə tətbiq edərək,dərsin daha da maraqlı olmasını əldə edəcəksiniz.Ugurlar.
Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək: Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti